Kanada Azərbaycan və Ermənistan arasında dialoqu dəstəkləyir

2023/01/003f9-1674717996.jpg
Oxunub: 258     11:26     26 Yanvar 2023    
“Kanada Azərbaycan və Ermənistan arasında konstruktiv nəticəyə və sülhün əldə edilməsinə yönəlmiş dialoqu dəstəkləyir”.

Ordu.az xəbər verir ki, bunu Kanadanın xarici işlər nazirinin parlament katibi Rob Olifant ölkə parlamentinin komitəsində Xankəndi-Laçın yolunda vəziyyətlə bağlı müzakirələrdə deyib.

“Biz açıq şəkildə bildirmək istəyirik ki, Kanada BMT-nin Qarabağla bağlı bütün qətnamələrini dəstəkləyir. Kanada Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyünə və suverenliyinə hörmət edir”, - o vurğulayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Kanada   Ermənistan  


Bizi "telegram"da izləyin