"Hraparak": Ohanyanın deputat toxunulmazlığının ləğvi üçün səbəblərdən biri Tonoyanla bağlıdır

2021/10/Seyra-1634205602.jpg
Oxunub: 267     10:52     26 Yanvar 2023    
Ermənistan parlamentinin “Hayastan” fraksiyasının lideri Seyran Ohanyanın deputat toxunulmazlığının ləğvi ilə bağlı verilən vəsatətlərdən biri keçmiş müdafiə naziri David Tonoyana qarşı irəli sürülən ittihamla əlaqədardır.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.

Qeyd olunub ki, sabiq müdafiə naziri Ohanyana qarşı açılan cinayət işlərinin birində o, mənimsəmədə, digərində isə vəzifə borcunu yerinə yetirməməkdə ittiham olunur.

Ohanyanın deputat toxunulmazlığından məhrum edilməsi ilə bağlı Ermənistan Baş Prokurorluğu ölkə parlamentinə üç vəsatət göndərib ki, onlardan biri “məxfi” rejimdə olub.

Sonradan məlum olub ki həmin “məxfi” iş çərçivəsində daha bir sabiq müdafiə naziri David Tonoyan həbs edilib.

Xatırladaq ki, bu ilin 20 yanvar tarixində Ermənistanın baş prokuroru Anna Vardapetyan ölkə parlamentinin spikeri Alen Simonyana “Ermənistan” fraksiyasının rəhbəri və sabiq müdafiə naziri Seyran Ohanyana qarşı cinayət işinin başlanmasına razılıq verilməsi üçün üç vəsatət təqdim etmişdi.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Ohanyan  


Bizi "telegram"da izləyin