Ukrayna hərbçiləri Rusiyanın istifadə etdiyi İran istehsalı 24 PUA-nı məhv edib

2022/12/aadbf-1671984480.jpg
Oxunub: 202     10:32     26 Yanvar 2023    
Bu gecə ərzində Ukrayna hərbçiləri Rusiyanın Ukrayna ərazisinə hücum etmək üçün istifadə etdiyi İran istehsalı olan 24 kamikadze PUA-nın hamısını məhv edib.

Ordu.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri Komandanlığı “Facebook” səhifəsində məlumat verib.

“Yanvarın 26-na keçən gecə Rusiya işğalçıları İran istehsalı olan “Şahed-136/131” kamikadze pilotsuz uçuş aparatları ilə Ukraynaya hücum ediblər”, - məlumatda bildirilib.

Hücum PUA-larının Azov dənizinin şərq sahilindən atıldığı qeyd olunub.

Qeyd olunub ki, 24 PUA-nın hamısı Ukrayna Silahlı Qüvvələrinin hava hücumundan müdafiə bölmələri, döyüş təyyarələri, Hərbi Hava Qüvvələrinin mobil atəş qrupları tərəfindən məhv edilib.

Hərbi Hava Qüvvələri Komandanlığı əlavə edib ki, kamikadze-dronların böyük hissəsi ölkənin mərkəzində - "Mərkəz" hava komandanlığının məsuliyyət zonasında məhv edilib.

Kiyev şəhər hərbi administrasiyası isə bildirib ki, dronların 15-i Kiyev səmasında zərərsizləşdirilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   Rusiya  


Bizi "telegram"da izləyin