Nigeriyada bomba partlayışı nəticəsində 27 nəfər ölüb

2022/09/1664081671.jpg
Oxunub: 172     10:05     26 Yanvar 2023    
Nigeriyanın mərkəz əyalətlərinin birində bomba partlayışı nəticəsində azı 27 nəfər fermer ölüb.

Ordu.az xəbər verir ki, bu barədə məlumatı Fransanın “Le Monde” nəşri dərc edib.

Nigeriyanın mərkəzində yerləşən, Nasarava və Benue əyalətləri arasındakı Rukubi kəndində baş verən partlayışda çoxlu sayda insan xəsarət alıb.

Yerli polis idarəsindən əlavə olunub ki, hazırda əməliyyat-axtarış tədbirləri davam etdirildiyindən zərərçəkənlərin sayının artması ehtimalı var.

Hadisə yerində çalışan hüquq-mühafizə orqanları əməkdaşları partlayışın səbəblərini araşdırır.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Nigeriya   Partlayış  


Bizi "telegram"da izləyin