Türkiyə Ukraynaya 2 “Bayraktar” bağışlayıb

2022/09/1664535393.jpg
Oxunub: 262     00:45     26 Yanvar 2023    
Türkiyənin “Baykar” şirkəti Ukraynaya iki ədəd “Bayraktar TB2” pilotsuz uçuş aparatı bağışlayıb.

Ordu.az xəbər verir ki, bu barədə Ukrayna mediası məlumat yayıb.

“Bu gün biz Ukraynanın böyük dostları və tərəfdaşlarından – “Baykar” şirkətindən daha 2 “Bayraktar TB2” pilotsuz təyyarəsi aldıq. “Baykar” onları Silahlı Qüvvələrə və Ukrayna xalqına kömək üçün təmənnasız bağışladı. Biz “Baykar”a dövlətimiz üçün ən çətin anlarda göstərdiyi güzəştsiz və davamlı dəstəyə görə sonsuz minnətdarıq”, - deyə Ukrayna Baş Kəşfiyyat İdarəsi bildirib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Ukrayna  


Bizi "telegram"da izləyin