Ordu.az xəbər verir ki, bu barədə “Research and Markets” analitik şirkətinin araşdırmasında deyilir.
Araşdırmada deyilib ki, 2021-ci ildə hərbi PUA bazarı 13,3 milyard dollara çatıb, 2016-cı illə müqayisədə artım 2,5% təşkil edib. Tədqiqatçılar qeyd ediblər ki, dron bazarının böyüməsi təhlükəsizlik sahəsində dövlət xərclərinin artması, daxili və xarici təhlükələrin artması ilə stimullaşdırılacaq.
Gələcəkdə hərbi PUA bazarının böyüməsinə mane ola biləcək amillərə kiberhücumların artması, onların alınması və istismarı üçün qaydaların sərtləşdirilməsi daxildir.
Eyni zamanda, uzun mənzilli hibrid PUA-lar ən sürətlə böyüyən bazar seqmenti olacaq. Regionlar arasında PUA alışında ən böyük artım Qərbi Avropa və Şimali Amerikada olacaq. PUA bazarının böyüməsinə 3D çap texnologiyaları və süni intellekt təsir göstərəcək.
Ordu.az