ABŞ-ın Rusiyaya yeni təyin olunmuş səfiri Moskvaya gəlib

2023/01/photo-1674709934.jpg
Oxunub: 166     04:20     26 Yanvar 2023    
ABŞ-ın Rusiyaya yeni təyin olunmuş səfiri Lin Treysi artıq Moskvaya gəlib.

Ordu.az xəbər verir ki, bu barədə ABŞ-ın Rusiyadakı səfirliyinin teleqram kanalında yer alan məlumatda qeyd olunub.

Paylaşımda səfirin Moskvanın hava limanlarından birində çəkilmiş fotosu yerləşdirilib.

“Rusiyaya xoş gəlmisiniz, səfir Treysi”, paylaşımda vurğulanıb.

Qeyd edək ki, ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Ned Prays bildirmişdi ki, Lin Treysi bu ayın sonunda iş başında olacaq.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Rusiya  


Bizi "telegram"da izləyin