Ordu.az xəbər verir ki, bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib.
“Sadəcə sizə deyərdim ki, bizdə Rusiya prezidenti Vladimir Putinin kütləvi qırğın silahlarından, xüsusilə nüvə silahları, istər taktiki, istərsə də başqa cür istifadə etmək niyyətində olduğuna dair heç bir əlamət yoxdur”- deyə, o bildirib.
Bundan əvvəl Ağ Evin sözçüsü bildirib ki, ABŞ Ukraynaya tankların tədarükünə görə Rusiyadan NATO-ya heç bir təhlükə görmür.
Ordu.az