XİN: Aİ və digər beynəlxalq təşkilatların danılmaz faktlara əhəmiyyət verməməsi Ermənistanı cəsarətləndirib

2022/12/1ea97-1672329807.jpg
Oxunub: 330     22:22     25 Yanvar 2023    
Avropa İttifaqı (Aİ) və digər beynəlxalq təşkilatların danılmaz faktlara əhəmiyyət verməməsi Ermənistanı cəsarətləndirib.

Ordu.az xəbər veri ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Ermənistan xarici işlər naziri Ararat Mirzoyanın Avropa İttifaqı Parlamentinin Xarici Əlaqələr Komitəsindəki çıxışına dair şərhində bildirilib.

"Görünür ki, 2020-ci il müharibəsindən sonra Ermənistanın üzərinə götürdüyü öhdəliklərin kobud şəkildə pozulması barədə (erməni silahlı qüvvələrini ərazilərimizdən tam çıxarmaması, Azərbaycan ərazisində qeyri-qanuni fəaliyyətləri davam etdirməsi, Laçın yolundan sui-istifadə edərək hərbçilərin rotasiyasını həyata keçirməsi, Azərbaycanda mina təhdidini davam etdirməsi, təbii sərvətlərin qanunsuz istismarı, üçüncü ölkə vətəndaşlarının Azərbaycan ərazisinə qanunsuz keçidinə şərait yaratması və s.) Azərbaycan tərəfindən Avropa İttifaqı və digər beynəlxalq təşkilatlara, habelə Parlamentlərə təqdim olunmuş danılmaz faktlara bu qurumlar tərəfindən əhəmiyyət verilməməsi Ermənistan tərəfini növbəti dəfə cəsarətləndirib.

Eyni zamanda, Ermənistan xarici işlər nazirinin bu çıxışının Laçın yolu ətrafında yaranmış vəziyyətlə bağlı bir sıra beynəlxalq çevrələr tərəfindən verilmiş yanlış, sülhü dəstəkləməyən və revanşizmi təhrik edən bəyanatlardan ruhlandığı aydın olur", - deyə qeyd olunub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: XİN    


Bizi "telegram"da izləyin