Zelenski “Leopard 2” tanklarından danışıb: “Çox xoşbəxtəm”

2023/01/1674670687.jpg
Oxunub: 350     21:55     25 Yanvar 2023    
“Almaniyanın 14 ədəd “Leopard 2” tankı göndərəcəyinə görə çox xoşbəxtəm”.

Ordu.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski “Sky News“ telekanalına müsahibəsində bildirib.

Jurnalist Zelenskdən Almaniya kanslerinin ​​qərarı barədə nə düşündüyünü soruşub.

Zelenski suala cavabında məlumatlı olmadığını bildirsə də qəfil mətbuat katibinin sözü onu təəccübləndirib:

“Mətbuat katibim dedi ki, kansler Şolts “Leopard”ları verəcəyini indicə təsdiqləyib. Müsahibədən dərhal sonra onunla söhbət edəcəm. Mən çox xoşbəxtəm. Almaniyaya təşəkkür etmək istəyirəm. Britaniyaya və ABŞ-a təşəkkür edirəm. Mən bütün dünyaya minnətdaram”, -deyə Zelenski bildirib.

Zelenski tankların tez bir zamanda çatdırılmasının vacibliyini qeyd edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Zelenski   Almaniya  


Bizi "telegram"da izləyin