Fransa bir ay ərzində Burkina-Fasodan qoşunlarını çıxaracaq

2022/11/352f5-1669473347.jpg
Oxunub: 283     21:50     25 Yanvar 2023    
Fransa Burkina-Fasodan qoşunlarını 30 gün ərzində çıxarmaq niyyətindədir.

Ordu.az xəbər verir ki, bu barədə "Frans Press" (AFP) agentliyi Fransa Xarici İşlər Nazirliyinin nümayəndəsinə istinadən məlumat yayıb.

“Biz rəsmi olaraq Burkina-Faso hökumətinin bu ölkədə mövcud olan fransız qoşunlarının statusu ilə bağlı 2018-ci il sazişini ləğv etməsi barədə bildiriş aldıq.

Onun şərtlərinə görə, denonsasiya yazılı bildirişin alınmasından bir ay sonra qüvvəyə minir. Biz müqavilənin şərtlərinə əməl edəcəyik və bu tələbi yerinə yetirəcəyik”, - XİN rəsmisi bildirib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Fransa   Burkina-Faso  


Bizi "telegram"da izləyin