Beş ölkənin lideri Kiyevə hərbi dəstəyi davam etdirəcəklərini açıqlayıblar

2022/07/1658466316.jpg
Oxunub: 322     21:45     25 Yanvar 2023    
Almaniya ABŞ, Fransa, Britaniya və İtaliya liderləri Ukraynaya hərbi dəstəyi davam etdirmək barədə razılığa gəliblər.

Ordu.az xəbər verir ki, bu barədə jurnalistlərə Almaniya hökumətinin nümayəndəsi Şteffen Hebeştrayt məlumat verib.

Onun sözlərinə görə, Almaniya kansleri Olaf Şolts çərşənbə günü günortadan sonra ABŞ prezidenti Cozef Bayden, Fransa prezidenti Emmanuel Makron, Böyük Britaniyanın baş naziri Rişi Sunak və İtaliyanın baş naziri Corc Meloni ilə telefon danışığı aparıb.

Şteffen Hebeştrayt bildirib ki, danışıqların əsas mövzusu Ukraynadakı təhlükəsizlik vəziyyəti olub. “Bütün beş dövlət və hökumət başçısı Avro-Atlantik koordinasiyada Ukraynaya hərbi dəstəyi davam etdirmək barədə razılığa gəliblər”.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   Müharibə  


Bizi "telegram"da izləyin