Ordu.az TASS-a istinadən xəbər verir ki, bunu Almaniya Kansleri Olaf Şolts Bundestaqda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, NATO Ukrayna səmasında uçuşsuz zonanın yaradılması fikrini dəstəkləməyəcəyini dərhal bildirib: “Bu vəziyyətlə bağlı dəyişən bir şey yoxdur”.
O.Şolts quru qoşunlarının heç bir halda Ukraynaya göndərilməyəcəyini, müharibədə bilavasitə iştirak etməyəcəklərini də sözlərinə əlavə edib: “Bu, indi də belədir, gələcəkdə də belə olacaq. Sözümüzə etibar edə bilərsiniz”.
Ordu.az