TTŞ: NATO-ya daxil olmaq istəyən dövlətlər Alyansın qanunlarına uyğun hərəkət etməlidir

2023/01/1674666094.jpg
Oxunub: 265     20:45     25 Yanvar 2023    
İsveç və Finlandiya başda PKK/KCK-PYD/YPG və FETÖ olmaqla terror təşkilatları ilə mübarizədə üçtərəfli anlaşma memorandumundakı öhdəlikləri ən qısa zamanda konkret addımlar ataraq yerinə yetirməlidir.

Ordu.az xəbər verir ki, bu barədə Türkiyə Təhlükəsizlik Şurasının icrasına dair bəyanatda deyilir.

Bundan əlavə, İsveçdə baş verən anti-İslam aksiyaları qəti şəkildə pislənib.

Bu addımların din, vicdan və fikir azadlığı kimi dəyərlərə xələl gətirdiyini və onları müdafiə edənlərin bu nifrət cinayətinin ortağı olduğu vurğulanıb.

Bəyanatda, həmçinin PKK/KCK-PYD/YPG terror təşkilatlarının Suriya xalqının sülh və əmin-amanlığa qovuşması qarşısında ən böyük maneə olduğu deyilir.

Terror təşkilatlarının tamamilə məhv edilməsi, Suriyanın ərazi bütövlüyü və suverenliyinə əsaslanan hərtərəfli həllin əldə edilməsinin davamlı sülhə yol açacağı bildirilib.

Təhlükəsizlik Şurası Yunanıstanın son təxribat xarakterli hərəkətlərini də nəzərədən keçirib.

Belə ki, Yunanıstanın aqressiv ritorikası və Ege dənizindəki adaları silahlandırma cəhdlərinin bölgədəki gərginliyi artırmaqdan başqa heç bir fayda verməyəcəyi vurğulanıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: TTŞ   NATO  


Bizi "telegram"da izləyin