Stoltenberqlə Zelenski arasında telefon danışığı olub

2023/01/1674665990.jpg
Oxunub: 215     20:30     25 Yanvar 2023    
NATO Baş katibi Yens Stoltenberq ilə Ukrayna Prezidenti Vladimir Zelenski arasında telefon danışığı olub.

Ordu.az xəbər verir ki, bu barədə Prezident Zelenski "Twitter"də bildirib.

Onun sözlərinə görə, telefon danışığı zamanı tərəflər Ukraynanı dəstəkləmək üçün tərəfdaşların daha sıx koordinasiyası, xüsusən də tank koalisiyasının genişləndirilməsi və keyfiyyətcə yeni silah növlərinin Ukraynaya göndərilməsini müzakirə ediblər.

"Biz, həmçinin NATO-ya üzvlük üçün lazımi addımlar barədə danışdıq", - deyə Zelenski bildirib.

NATO Baş katibi Stoltenberq isə qeyd edib ki, lazım olduğu müddətdə hərbi alyansın müttəfiqləri Ukraynaya yardımı davam etdirəcək.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Stoltenberq   Zelenski  


Bizi "telegram"da izləyin