Niderlandın Baş naziri: “Ukraynaya təqdim etmək üçün Almaniyadan “Leopard 2” tanklarını almağa hazırıq”

2023/01/1674655188.jpg
Oxunub: 280     17:59     25 Yanvar 2023    
"Niderland Ukraynaya təqdim etmək üçün Almaniyadan “Leopard 2” tankları ala bilər".

Ordu.az xəbər verir ki, bunu Niderlandın Baş naziri Mark Rutte RTL telekanalına müsahibəsində deyib.

"Əgər Niderlandın töhfəsi kömək edərsə, biz bunu etməyə hazırıq", - o bildirib.

Qeyd edək ki, Niderland ordusunun silahlanmasında “Leopard 2” tankları olmasa da, ölkə bu döyüş maşınlarından 18-ni Almaniyadan icarəyə götürüb.

İki ölkə arasında imzalanmış müqavilələrə əsasən, bu tanklar Almaniyaya məxsusdur, lakin Niderlandın müdafiəsində istifadə oluna bilər.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Niderland   Ukrayna  


Bizi "telegram"da izləyin