Zelenski "Leopard"ların verilməsi ilə bağlı qərara görə Şoltsa təşəkkür edib

2023/01/zelen-1672549192.jpg
Oxunub: 241     17:26     25 Yanvar 2023    
Almaniya istehsalı olan ağır döyüş tanklarının Ukraynaya tədarükü üçün tərəfdaşlarımıza “yaşıl işıq yandı”.

Ordu.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski “Twitter“də yazıb.

O həmçinin qeyd edib ki, Almaniya hökuməti ölkə istehsalı olan “Leopard” tanklarının tədarükü ilə yanaşı, davamlı şəkildə hərbi dəstək göstərilməsi və təlim missiyalarının daha da genişləndirilməsi üçün üçüncü ölkələrə icazə verib.

“Almaniya kansleri Olaf Şoltsla telefon danışığı zamanı bu vacib və vaxtında verilmiş qərar haqda məlumat aldım. Kanslerə və Almaniyadakı bütün dostlarımıza səmimi qəlbdən minnətdaram”, - Ukrayna lideri qeyd edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Zelenski   Ukrayna  


Bizi "telegram"da izləyin