“Leopard 2” tankları Ukraynada 3 aydan sonra istifadə edilə bilər

2023/01/1674655037.jpg
Oxunub: 325     17:25     25 Yanvar 2023    
“Leopard 2” tankları Ukraynada təxminən 3 aydan sonra istifadə edilə bilər.

Ordu.az CNN-ə istinadən xəbər verir ki, bunu Almaniyanın müdafiə naziri Boris Pistorius jurnalistlərə açıqlamasında deyib.

O, bildirib ki, Ukrayna hərbçilərinə əvvəlcə təlimlər keçiriləcək, daha sonra tanklar Kiyevə göndəriləcək.

Pistorius “Leopard 2” tanklarının Ukraynaya göndərilməsinin tarixi qərar olduğunu vurğulayıb.

Əlavə edib ki, Almaniya müharibə davam etdiyi müddətcə Ukraynaya əlavə silah sistemlərinin göndərilməsini də müzakirə edəcək.

“Lakin, vacib olan bizim müharibənin tərəfi olmamağımızdır”, - deyə nazir bildirib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Leopard   Ukrayna  


Bizi "telegram"da izləyin