Rusiya səfiri: Almaniyanın Ukraynaya “Leopard” göndərmək qərarı son dərəcə təhlükəlidir

2023/01/f1a82-1674145955.jpg
Oxunub: 344     17:15     25 Yanvar 2023    
Almaniya hökumətinin Ukraynaya “Leopard 2” tanklarının tədarükünü təsdiqləməsi qərarı son dərəcə təhlükəlidir və bu, münaqişəni qarşıdurmanın yeni səviyyəsinə qaldırır.

Ordu.az CNN-ə istinadən xəbər verir ki, bunu Rusiyanın Berlindəki səfiri Sergey Neçayev deyib.

Diplomat bildirib ki, bu qərar Almaniya siyasətçilərinin münaqişədə iştirak etməməklə bağlı bəyanatlarının əksinədir.

"Təəssüf ki, bu təkrar-təkrar baş verir. Biz bir daha görürük ki, Almaniya ən yaxın tərəfdaşları kimi Ukrayna böhranının diplomatik həllində maraqlı deyil, daimi eskalasiya və Kiyev rejiminin daha ölümcül silahlarla doldurulmasını istəyir. “Qırmızı xətlər” artıq keçmişdə qalıb”, - Naçayev qeyd edib.

Səfir İkinci Dünya müharibəsindən sonra Rusiya və Almaniya arasında barışıq yolunun çətin olduğunu xatırladıb: “Alman xaçı ilə işarələnmiş döyüş tankları bir daha “Şərq Cəbhəsi”nə göndəriləcək ki, bu da qaçılmaz olaraq yalnız Rusiya əsgərlərinin yox, həm də mülki əhalinin ölümünə səbəb olacaq”.

Naçayev Berlinin qərarının Leninqrad mühasirəsinin 80-ci ildönümünə təsadüf etdiyini vurğulayıb.

“Bu qərar qalan bütün etimadı da məhv edir, artıq acınacaqlı vəziyyətdə olan Rusiya-Almaniya əlaqələrinə geri dönüşsüz zədə vurur və yaxın gələcəkdə normallaşma ilə bağlı ehtimallara şübhə yaradır”, - Rusiya səfiri vurğulayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Almaniya  


Bizi "telegram"da izləyin