Misir Prezidenti Əbdülfəttah əs-Sisinin Azərbaycana səfərinin tarixi bilinib

2021/05/FPFGX-1621941148.jpg
Oxunub: 412     17:12     25 Yanvar 2023    
Misir Prezidenti Əbdülfəttah əs-Sisinin Azərbaycana səfərinin tarixi bilinib.

Ordu.az xəbər verir ki, Misirin Azərbaycandakı səfirliyindən APA-ya bildirilib ki, Misir lideri regiona səfəri çərçivəsində ilk olaraq 27-28 yanvar tarixlərində Azərbaycana gələcək.

Diqqətə çatdırılıb ki, bu Misir dövlət başçısı Əbdülfəttah əs-Sisinin Azərbaycana ilk səfəri olacaq.

O, Azərbaycana səfərini yekunlaşdırdıqdan sonra Ermənistana yola düşəcək.

Qeyd edək ki, Misir Prezidenti hazırda Hindistanda səfərdədir.

Xatırladaq ki, bu gün Ermənistan Prezident Aparatı Misir liderinin yaxın günlərdə Ermənistana, eyni zamanda, Azərbaycana səfər edəcəyini açıqlasa da, konkret tarixi göstərməmişdi.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Misir   Azərbaycan  


Bizi "telegram"da izləyin