Qarabağ xanına məxsus bayraq bərpa olunub

2023/01/63d11-1674651275.jpg
Oxunub: 416     16:44     25 Yanvar 2023    
Qarabağ xanı Mehdiqulu xana məxsus bayrağın sapı bərpa olunub.

Ordu.az xəbər verir ki, Milli Tarix Muzeyindən məlumat verilib.

Qeyd olunub ki, sözügedən bayrağın sapı bərpaçı-rəssam Əjdər Qafarov tərəfindən təmizlənərək, qoruyucu maddə ilə örtülüb.

Eksponatın ucluq hissəsindəki qotazı isə muzeyin bərpaçı-rəssamı Qənirə Məmmədova tərəfindən demontaj edilib.
Üzərində olan güləbətin tikmələri, qaytanı, baftası mexaniki və kimyəvi üsulla təmizlənib, qopan ipləri yerinə bərpa edilərək, eksponata ikinci həyat verilib.

Qeyd edək ki, bayraq 1928-ci ildə Azərbaycan Tarixi Muzeyinin direktoru Davud Şərifovun səyləri nəticəsində Azərbaycana gətirilib. Buna qədər bayraq Tiflisdəki Qafqaz Hərbi Tarix Muzeyində saxlanılırdı.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:


Bizi "telegram"da izləyin