Ukrayna Silahlı Qüvvələri Soledardan çıxdıqlarını təsdiq edib

2023/01/1673856791.jpg
Oxunub: 415     16:32     25 Yanvar 2023    
Ukraynanın Müdafiə Qüvvələri Donetsk vilayətinin Soledar şəhərini tərk edərək əvvəldən hazırlanmış mövqelərdə möhkəmlənib.

Ordu.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Şərq Qoşun Qrupunun nümayəndəsi Sergey Çerevatı məlumat verib.

O, belə bir qərarın ukraynalı hərbçilərin həyatını xilas etmək məqsədilə verildiyini izah edib.

"Şəxsi heyəti xilas etmək üçün Müdafiə Qüvvələri Soledardan geri çəkilib, əvvəldən hazırlanmış mövqelərdə möhkəmlənib", - o bildirib.

Çerevatının sözlərinə görə, ukraynalı hərbçilər qarşıya qoyulmuş tapşırığı yerinə yetirib, düşmənin Donetsk istiqamətində cəbhəni yarmasına imkan verməyiblər.

O əlavə edib ki, Ukrayna Silahlı Qüvvələri bu istiqamətdə Rusiya qüvvələrini gücdən salmağa nail olub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Soledar   Ukrayna  


Bizi "telegram"da izləyin