Ordu.az xəbər verir ki, bunu müdafiə naziri Lüdivin Dedonder bu gün Belçikanın “Belga” agentliyinə müsahibəsi zamanı deyib.
Nazir bu qərarı onunla izah edib ki, ölkə ordusunun anbarlarında tank yoxdur: “On il bundan öncə tankların hər biri 10-15 min avroya satılıb. Hazırda onları geri almaq üçün vəsait mövcuddur, lakin texnika işlək vəziyyətdə deyil, çünki ciddi təmirə ehtiyacları var”.
Dedonder həmçinin əlavə edib ki, Ukraynanın silah ehtiyaclarını ödəmək üçün başqa yardımlar təklif ediləcək. Bura hava hücumundan müdafiə sistemləri, tank əleyhinə qurğular və müxtəlif döyüş sursatları daxildir.
Ordu.az