Çavuşoğlu Qrossi ilə Zaporojye AES-dəki vəziyyəti müzakirə edib
Oxunub: 204
15:49
25 Yanvar 2023
Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu bu gün Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) baş direktoru Rafael Mariano Qrossi ilə telefon danışığı aparıb.
Ordu.az xəbər verir ki, bu barədə Türkiyə XİN-dən bildirilib.
Qeyd olunub ki, görüş zamanı Ukrayna ilə bağlı cari hadisələr, həmçinin Zaporojye Atom Elektrik Stansiyasına dair son vəziyyət müzakirə olunub.