Azərbaycan hərbçiləri Türkiyənin Sarıqamış bölgəsində keçirilən təlimlərdə iştirak edirlər - FOTOLAR

2023/01/76858-3349305238.jpg
Oxunub: 724     15:54     25 Yanvar 2023    
Türkiyənin Qars şəhərinin Sarıqamış bölgəsində “Qış-2023” təlimləri davam edir.

Ordu.az “Anadolu”ya istinadən xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib.

Təlimlərdə Azərbaycan, Böyük Britaniya, Almaniya da daxil olmaqla 17 ölkənin hərbçiləri iştirak edirlər.

Məlumata görə, “Qış-2023” Türkiyə tarixinin ən geniş təlimlərindəndir.

Təlimlərə xüsusi təyinatlı qüvvələr, komandolar, pilotlar cəlb ediliblər.

Təlimlərdə texnikalar və silahlar sınaqdan keçirilir, verilən tapşırıqlar icra olunur.



Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Təlim  


Bizi "telegram"da izləyin