Norveçdə NATO XİN başçılarının qeyri-formal görüşü keçirləcək

2019/11/12390-1574843166.jpg
Oxunub: 355     15:17     25 Yanvar 2023    
NATO ölkələrinin xarici işlər nazirlərinin qeyri-formal görüşü Osloda keçiriləcək.

Ordu.az xəbər verir ki, bu barədə NATO-nun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, bu il 31 may – 1 iyunda keçiriləcək qeyri-formal görüşə Norveç ev sahibliyi edəcək.

"Mən Norveçin təklifinə görə minnətdaram və doğma şəhərimdə NATO xarici işlər nazirləri ilə görüşməyi səbirsizliklə gözləyirəm”, - Baş katib Stoltenberq bildirib.

"Bu, nazirlər üçün Rusiyanın Ukraynadakı amansız müharibəsi ilə bağlı əsaslı şəkildə dəyişmiş təhlükəsizlik vəziyyətini müzakirə etmək və Ukrayna xalqının qalib gələ bilməsi naminə bizim sarsılmaz dəstəyimiz üçün mühüm fürsət olacaq", - o deyib.

Xarici işlər nazirləri 11-12 iyul tarixində Litvanın paytaxtı Vilnüsdə keçiriləcək NATO dövlət və hökumət başçılarının görüşünə hazırlıq məqsədilə qeyri-rəsmi müzakirələr aparacaqlar.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Norveç   NATO  


Bizi "telegram"da izləyin