Sadə bir reallıq var: beynəlxalq qaydalar yalnız beynəlxalq siyasətin güc mərkəzlərinin məqsədəuyğunluğu çərçivəsində istifadə olunan siyasi alətdən başqa bir şey deyil. Məsələn, məqsədəuyğunluq tələb edəndə beynəlxalq qayda yoxdur. Səudiyyə Ərəbistanı ilə iqtisadi, daxili sosial, o cümlədən hərbi-siyasi əhəmiyyət baxımından ABŞ üçün zəruri olan razılaşmalar əldə etmək lazım gələndə ABŞ prezidenti Bayden ayağa qalxıb Səudiyyəyə getdi, səudiyyəli jurnalistə qarşı qeyri-insani davranan həmin ölkənin şahzadəsi ilə əl-ələ görüşdü. O, həmin demokratik dünyanın qiymətləndirməsinə görə qətlin təşkilatçısıdır, yəni beynəlxalq qaydalardan kənar şəxsdir. Pelosinin 30 illik işğalı dəyərləndirmək əvəzinə Ermənistana “demokratik” imic vermək cəhdi də bənzər fəaliyyətlərə nümunədir.
Nümunələri davam etdirməklə, beynəlxalq qaydaları pozan müxtəlif fiqurların adlarını çəkmək olar. Əksinə, məqam tələb edəndə milli qaydalar bütün ciddiliyi ilə kiminsə başına düşəcək. Məsələn, Rusiyada, Suriyada, Serbiyanın nümunəsində gördüyümüz kimi digər ölkələr bunu yaşayacaq. Bu, yeni bir şey deyil, bu, beynəlxalq siyasətin xarakteridir, bütün əsas oyunçulara xasdır.
Şübhəsiz ki, Ararat Mirzoyan da bütün bunları çox gözəl təsəvvür edir, sadəcə olaraq beynəlxalq ictimaiyyətin xoşuna gəlmək istəyir. Ancaq üzərində 30 illik işğal damğası olan ölkənin XİN başçısının bu kimi ifadələr səsləndirməyə haqqı yoxdur.
Aqil Məmmədov
Ordu.az