Blinken Laçın yolundakı vəziyyətdən narahatlığını ifadə edib. İlham Əliyev yolun açıq olduğunu bir daha bəyan edib.
Ermənistan və Azərbaycanla gərgin işin nə demək olduğu və ya nəyi nəzərdə tutduğu o qədər də aydın deyil. Güman ki, bu iş Laçın yolu ətrafında vəziyyətlə bağlıdır. Hamı bundan danışır, hamı bəyan edir ki, bu problem həll etmək lazımdır. Bakının tələbləri bəllidir. Hamı deyir ki, o istiqamətdə işləyirlər, çox çalışırlar, hamı Azərbaycana zəng vurur, “nəsihət”lər verir, böhrandan “narahatlığını” bildirir.
Ancaq Bakının tələblərinin yerinə yetirilməsi barədə heç nə demirlər. Buna görə də azərbaycanlı ekofəallar qətiyyət nümayiş etdirirlər. Hər kəs guya yolun açılmasını istəyir. Ancaq bunun üçün nə edirlər?
Aqil Məmmədov
Ordu.az