Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Joğovurd” nəşri yazıb.
Nəşr qeyd edib ki, buna qədər hakim fraksiya üzvləri ölkənin qarşısında duran problemləri bir kənara ataraq müxalifəti mandatdan məhrum edib-etməməyi müzakirə edirdilərsə, indi artıq “Hayastan” fraksiyasından Seyran Ohanyan və Armen Çarçyanın toxunulmazlıqdan məhrum edilməsinə razılıq verilməsi məsələsinə keçiblər.
“Məlumata görə, hakim fraksiya ilə bağlı olan bu və digər mühüm qərarları fraksiya rəhbəri Hayk Koncoryan, Alen Simonyan və təbii olaraq Nikol Paşinyan başda olmaqla hakim partiya “elita”sı verir. Öyrəndik ki, sonuncular komanda yoldaşları ilə müzakirə etmədən, onların fikrini soruşmadan qərar verirlər. Üstəlik, fraksiyanın bəzi deputatlarına (mətbuatla nisbətən tez-tez ünsiyyətdə olan) qərarlar barədə yalnız son anda məlumat verilir ki, sızma olmasın. Deputatlara bildirilib ki, bütün mühüm hadisələrlə bağlı çıxış etmək səlahiyyəti yalnız fraksiya rəhbəri və katibinə məxsusdur. Təbii ki, hakim fraksiyada bitərəf deputatlar var ki, fraksiya daxilində nə baş verdiyi, hansı qərarlar qəbul edildiyi onlar üçün heç bir əhəmiyyətə malik deyil, onlar yalnız “müşahidəçi”, düymə sıxan rolundadırlar”, - deyə nəşr bildirib.
Alpər Mövludoğlu
Ordu.az