Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.
Nəşrə görə, Papikyan bildirib ki, istintaq Ağkilsə kəndində baş verən yanğın hadisəsinin günahkarlarını tapacaq və bu cür hadisələr hər zaman baş verib, bunu nazirin səhlənkarlığı ilə əlaqələndirmək olmaz.
“O əmin edib ki, ordu üçün vəsaitlər xərclənir, islahatlar gedir. İclasda hakim fraksiyanın kiçik bir hissəsi, əsasən Papikyanın tərəfdarları olan 20-dən az adam iştirak edib. Deputatlar iclasa gəlməmək üçün bəzi bəhanələr tapıblar. Yəni Papikyanın tərəfdarları başa salmağa çalışıblar ki, onun əvvəlki dəstəyi yoxdur, çünki artıq lider də ondan təsirlənmir”, - deyə nəşr qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az