Ordu.az xəbər verir ki, erməni politoloq, “Respublika Naminə” partiyasının sədr müavini Ruben Mehrabyanın sözlərinə görə, hər halda baş verən və verəcək dəyişikliklər Ermənistan və NATO-nun münasibətlərinə yenidən baxmaq zərurətini diktə edir.
“Bu səbəbdən NATO baş katibinin xüsusi nümayəndəsi Ermənistana səfər edib. Həmçinin ehtimal etmək olar ki, Ararat Mirzoyan və Yens Stoltenberq arasında Brüsseldə, NATO-nun mənzil-qərargahında razılıq əldə olunub”, - deyə o qeyd edib.
Mehrabyan bildirib ki, Ermənistanda Rusiya faktoru daralır və çox dağıdıcı xarakter alır.
“Regionda boşluq var və Rusiya ilə yaxın münasibətdə olan subyektlər, bəli, təhlükə altındadır. Bu boşluq xüsusən bizim kimi regionda regiona əminlik gətirəcək yeni amillərlə doldurulmalıdır. Bütün region sadəcə olaraq Türkiyədə, Rusiyada və ya İranda çox yüksək təlatümlü proseslərin baş vermə ehtimalı ilə əhatə olunub. Bu mənada Ermənistanın NATO ilə müzakirə etmək üçün kifayət qədər geniş gündəliyi var. Bunlar mənim mühakimələrimdir, çünki həmin görüş faktından başqa əlimizdə başqa məlumat yoxdur. Sadəcə olaraq, görüş qeyd etdiyim proseslər və reallıqlar fonunda baş verir”, - deyə o vurğulayıb.
Alpər Mövludoğlu
Ordu.az