“Joğovurd”: Ermənistan Müdafiə Nazirliyi yanğın hadisəsindən bir gün sonra 15 avtomobil alıb

2023/01/48137-1674643064.jpg
Oxunub: 230     16:29     25 Yanvar 2023    
Ermənistan Müdafiə Nazirliyi Ağkilsə kəndində hərbi hissədə baş vermiş yanğının ertəsi günü ehtiyacları üçün minik avtomobilləri alıb.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Joğovurd” nəşri yazıb.

Nəşrə görə, Ermənistan Müdafiə Nazirliyi 15 maşın alıb və müqavilə 15 erməni hərbi qulluqçunun ölümü ilə nəticələnən yanğından 1 gün sonra, yanvarın 20-də imzalanıb.

“Bizə məlum olub ki, Müdafiə Nazirliyi 2023-cü il istehsalı olan ağ rəngli “Hundai Elantra” markalı avtomobillər alıb. Müqavilə “Kapital Motors” şirkəti ilə imzalanıb. Avtomobillərin ƏDV-siz alınmasının məbləği 165 milyon dram olub: əlavə ƏDV 33 milyon dram təşkil edib. 15 avtomobil dövlət büdcəsinə 198 milyon dram və ya təxminən 489 min ABŞ dollarına başa gəlib. Müdafiə Nazirliyinin ehtiyacları üçün nəzərdə tutulan bir avtomobilə 13 milyon 200 min dram və ya 32 min 592 dollar (ƏDV daxil) xərclənib. Əlbəttə, Müdafiə Nazirliyinin öz ehtiyacları üçün maşın alması təbiidir, amma ordunu bu şəraitdə saxlamaq və səhlənkarlıq ucbatından 15 nəfər ölməsi fonunda belə davranışlar ən azından vicdansızlıqdır. Məlum olur ki, bir tərəfdən ön xətdə olan əsgərlər isinmək üçün adi şəraitdən məhrumdurlar, digər tərəfdən isə Müdafiə Nazirliyinin yüksək rütbəli məmurları 2023-cü il istehsalı olan avtomobillərdə gəzirlər. Təbii ki, bu, torpağı qorumaq üçün özünəməxsus yanaşmadır”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Ağkilsə  


Bizi "telegram"da izləyin