Ordu.az xəbər verir ki, erməni politoloq Davit Harutyunovun sözlərinə görə, Klaarın yaxın gələcəkdə Bakıya da gələcəyini istisna etmək olmaz.
O qeyd edib ki, lakin Ermənistan tərəfindən müəyyən güzəştlərin gözlənilə biləcəyini də istisna etmir.
“Ümumiyyətlə, qlobal miqyasda problemə nəzər salsaq, həm Avropa İttifaqında, həm də Rusiyada Azərbaycanın mövqeyini dəyişmək üçün rıçaqlar kifayət qədər azdır. Yeri gəlmişkən, bu, təkcə Laçın yoluna deyil, bütün danışıqlar paketinə aiddir. Azərbaycanın öz aydın tələbləri, qırmızı xətləri var, o, geri çəkilmək niyyətində deyil. Bu isə hardasa vasitəçilərin erməni tərəfindən güzəşt əldə etməyə çalışması faktını məntiqli edir”, - deyə Harutyunov qeyd edib.
“Avropa Ermənistandan hansı yeni güzəştlər istəyir?” sualına Harutyunov belə cavab verib: “İstisna edilmir ki, “status çubuğu”nun aşağı endirilməsi, deklarativ xarakterli bəyanatlar ilə yanaşı, Azərbaycan həmçinin Laçın yolunda nəzarət tələb edir. Qarabağın demilitarizasiyası ilə bağlı daha sərt tələblərin olacağını da istisna etmirəm. Əslində, söhbət “müdafiə ordusu”nun (qanunsuz “hərbi birləşmə” – red.) ləğvindən gedir. Ola bilsin ki, Avropanın da bildiyi oxşar bir gündəm var. Təbii ki, belə məsələlər var və erməni tərəfi qarşısında belə tələblər qoyulur. Mən həmçinin istisna etmirəm ki, daha geniş kontekst var, yəni təkcə Laçın yolu ilə bağlı deyil, həm də Zəngəzur dəhlizi ilə bağlı”.
Alpər Mövludoğlu
v
Ordu.az