Ermənistan Müdafiə naziri və hakim partiya arasında nə müzakirə edilib? – DETALLAR

2022/05/1653993832.jpg
Oxunub: 231     15:57     25 Yanvar 2023    
Yanvarın 24-də Ermənistan parlamentinin “Vətəndaş müqaviləsi” fraksiyası müdafiə naziri Suren Papikyanla görüşüb.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Joğovurd” nəşri yazıb.

Nəşrə görə, görüşün keçirilməsinə səbəb Göyçə vilayətinin Ağkilsə kəndində baş vermiş yanğın hadisəsi, nəticədə 15 erməni hərbi qulluqçunun yanğın zamanı ölməsi olub.

“Papikyan və hakim partiya arasında bağlı qapılar arxasında keçirilən görüşün təfərrüatları məlum olub.Hakim partiyaya yaxın mənbələrimizin verdiyi məlumata görə, görüş zamanı ən kəskin suallar müdafiə nazirinə ünvanlansa da, ümumiyyətlə, iclas kifayət qədər sakit, gərginlik olmadan keçib. “Biz təkcə orduda deyil, ümumilikdə cəmiyyətdə mövcud olan bütün problemlərdən, narahatedici hadisələrdən danışdıq. Biz hamımız başa düşürük ki, hadisəyə görə hamımız məsuliyyət daşıyırıq (ən azı siyasi müstəvidə), bu komandadır, ona görə də vəziyyəti gərginləşdirməyə və ya gərginlik yaratmağa ümumiyyətlə ehtiyac yox idi”, - deyə mənbəmiz bildirib və əlavə edib ki, görüş zamanı Papikyanın istefası müzakirə olunmayıb, bununla bağlı heç bir sual və ya fikir ortaya qoyulmayıb. Üstəlik, orada olanlar Papikyanı ruhlandırıblar ki, bu taleyüklü məqamda, həqiqətən də, ordunun belini düzəltməli olduğu bir vaxtda onun qəfil getmək qərarına gəlməsinə yol vermək olmaz. Müdafiə naziri ilə görüşdə xeyli sayda deputatın iştirak etmədiyi də bizə məlum olub. Deputatların bəziləri ezamiyyətdə olduqları üçün, bəziləri bu günlərdə tez-tez rast gəlinən virus xəstəlikləri səbəbindən, bəziləri isə sadəcə olaraq heç bir səbəb olmadan görüşə gəlməyiblər”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Ağkilsə  


Bizi "telegram"da izləyin