“Aİ missiyasının Ermənistanda yerləşməsinin müvafiq qaydada Azərbaycanın legitim maraqlarını nəzərə alması, habelə Aİ tərəfindən bu missiyanın fəaliyyətinin qarşılıqlı inam və etimadı sarsıtmayacaq şəkildə həyata keçirilməsi təmin edilməlidir. Azərbaycan tərəfi, Aİ missiyasının fəaliyyətə başlaması ilə bağlı müzakirələr prosesində keçmiş təcrübədən irəli gələn lazımi dərslərin çıxarılmasına maksimum diqqət yetiriləcəyini gözləyir”, - deyə açıqlamada qeyd olunur.
Bəyanat ilk baxışdan diqqətçəkicidir, çünki Bakının reaksiyası onu deməyə əsas verir ki, müşahidə missiyası ilə bağlı qərar müəyyən dərəcədə Aİ ölkələri tərəfindən Azərbaycanla əlaqə şəraitində qəbul edilib, lakin ilk baxışda əks təəssürat yaranır. Bakının cavabı Aİ tərəfdaşlarına missiyanın “normallaşma”ya xələl gətirməməli olduğunu xatırladır. Bu, əslində, müşahidə mexanizminin ideya və təşəbbüsünün müəllifi olan Fransa siyasətinin məntiqi ilə fəaliyyət göstərməməli olduğu barədə xəbərdarlıqdır.
Azərbaycan çalışır və çalışacaq ki, müşahidə missiyası Fransanın təsiri sahəsində fəaliyyət göstərməsin. Bu kontekstdə Bakı özünün qanuni maraqları hesab etdiyi sərhədələrə münasibətini xatırladır və Avropadan bu münasibətə hörmət edilməsini tələb edir. Aİ Azərbaycanın tələblərinə necə yanaşır? Bakının Avropa İttifaqı ilə neft-qaz müqavilələri var, çox sıx münasibətlər qurulub.
Aqil Məmmədov
Ordu.az