Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.
Nəşr qeyd edib ki, onun bir hissəsi Ermənistan səlahiyyətliləri tərəfindən idarə olunur və maliyyələşdirilir.
“Ermənistan səlahiyyətliləri Vardanyanın güman edilən qələbəsinin qarşısını almağa çalışırlar, ona görə də Vardanyanın qəfil Qarabağdan İrəvana köçməsinin, Paşinyanın hakimiyyətini təhdid etməsinin qarşısını almaq üçün hər şeyi edəcəklər. Vardanyan həmçinin Qarabağla bağlı fərqli mövqeyi ilə Paşinyan-Əliyev razılaşmalarına müdaxilə edir. Narazı olanların bir qrupu “dövlət aparatının keçmiş nümayəndələri”dir, ancaq təkcə onlar deyil. Bizə dedilər ki, Ruben Vardanyan hamının “işlərinin” öyrənilməsini tapşırıb və hər an cinayət işləri üçün əsas ola biləcək kifayət qədər aşkarlamalar olub. Vardanyana etiraz edənlərin digər qrupu isə müxtəlif təşkilatların və “dövlət büdcəsi”ndən qidalananların ordusudur. Onların bir hissəsi Vardanyanın gəlişindən sonra işindən və gəlirdən məhrum olub”, - deyə nəşr bildirib.
Alpər Mövludoğlu
Ordu.az