Ordu.az xəbər verir ki, Ermənistanın Qloballaşma və Regional Əməkdaşlıq Analitik Mərkəzinin sədri, erməni politoloq Stepan Qriqoryanın sözlərinə görə, Ararat Mirzoyanın Brüsseldəki görüşlərinin gündəliyi kifayət qədər təsiredicidir.
“Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsində də çox mühüm çıxış var. Mən dəfələrlə demişəm ki, həm Nikol Paşinyan, həm də digər məmurlar başqa parlamentlərdə çıxış etmək mədəniyyətini mənimsəsinlər”, - deyə o qeyd edib.
“Rusiyadan gələn şikayətlər fonunda Qərbdən, xüsusən NATO-dan təhlükəsizlik gözləntilərimiz varmı?” sualına Qriqoryan belə cavab verib: “Narahatlığı olan insanları başa düşürəm. O adamlardan soruşuram, hansı alternativ təklif edirlər? Soruşuram, alternativ nədir? Rusiya çox açıq deyir ki, siz bizim ərazimizdə qalmalı və dediyimiz hər şeyi təslim etməlisiniz. Dekabrda BMT Təhlükəsizlik Şurasında Rusiya Azərbaycanı dəstəkləməyə çalışdı, mədənlərlə bağlı məsələlər qaldırdı”, - deyə erməni politoloq əlavə edib edib.
Alpər Mövludoğlu
Ordu.az