Ordu.az xəbər verir ki, bunu Ermənistanın “Demokratik Platforma” fondunun direktoru Qaregin Miskaryan deyib.
Onun sözlərinə görə, Qarabağda təhlükəsizlik sistemi həssasdır.
“Rusiya kimi insana dəyər verməyən sistemlə yaxından əməkdaşlıq etmək və “dəyər kimi insanı qiymətləndiririk” demək mümkün deyil. Qarabağda öz dəyərlərinə əsaslanan siyasət həyata keçirmək istəmirlər, ancaq Rusiya Federasiyasının himayəsi altında sağ qalmaq istəyirlər. Dənizdən-dənizə Ermənistan mifləri ilə yaşamağa davam edirik. Ruben Vardanyanın nə istədiyini anlamaq çətindir. “Qarabağın siyasi elitası” (separatçılar – red.) ictimaiyyətlə dürüst deyil”, - deyə Miskaryan qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az