Erməni ekspert: “Aİ-nin müşahidə missiyası Zəngəzur dəhlizinin açılışına xidmət etmək üçün gəlir”

2022/09/gfhgf-1663665903.jpg
Oxunub: 411     14:14     25 Yanvar 2023    
“Aİ-nin müşahidə missiyası Zəngəzur dəhlizinin açılışına xidmət etmək üçün gəlir”.

Ordu.az xəbər verir ki, bunu enerji təhlükəsizliyi üzrə erməni ekspert Vahe Davtyan öz “Facebook” səhifəsində yazıb.

“Başa düşdüyüm qədər, artıq Aİ, Türkiyə, İran və təbii ki, İrəvan və Bakı arasında çoxtərəfli konsensus var. Dəhlizin statusunu anlamaq qaldı. İstənilən statusda, hətta erməni tərəfinin total nəzarəti altında olsa da, bu, bir məqsədə xidmət edəcək: Xəzər regionuna və Böyük Orta Asiyaya türk genişlənməsinin həyata keçirilməsi. “Məxməri inqilab” xüsusi əməliyyatı başa çatmaq üzrədir”, - deyə o qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Avropa   Zəngəzur  


Bizi "telegram"da izləyin