Milli Məclisdə Ermənistanın törətdiyi müharibə cinayətləri ilə bağlı xüsusi dinləmə keçiriləcək

2022/09/65fbb-1663326169.jpg
Oxunub: 186     14:05     25 Yanvar 2023    
Milli Məclisdə Ermənistanın Vətən müharibəsi dövründə törətdiyi cinayətlərlə bağlı xüsusi dinləmə keçiriləcək.

Ordu.az xəbər vrir ki, bu, parlamentin İnsan hüquqları komitəsinin 2023-cü il yaz sessiyasının iş planında əksini tapıb.

Plana Vətən müharibəsi dövründə Ermənistan tərəfindən törədilən cinayətlərin, Ermənistan Silahlı Qüvvələrinin işğalı nəticəsində Azərbaycan vətəndaşlarının pozulmuş hüquqlarının müdafiəsinin və Azərbaycan dövlətinə dəymiş ziyanın beynəlxalq instansiyalarda müvafiq iddialar əsasında gerçəkləşdirilməsinin hüquqi mexanizmləri ilə bağlı Milli Məclisdə xüsusi dinləmənin keçirilməsi daxil edilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Milli-Məclis  


Bizi "telegram"da izləyin