Postmüharibə dövründə birgəyaşayış istiqamətində qanunverici məsələləri araşdıran Komissiya yaradılacaq

2022/11/a6811-1668666271.jpg
Oxunub: 184     14:05     25 Yanvar 2023    
Azad olunmuş torpaqlara “Böyük qayıdış”la bağlı insan hüquqları, postmüharibə dövründə birgəyaşayış istiqamətində qanunverici məsələləri araşdıran Komissiya yaradılacaq.

Ordu.az xəbər verir ki, bu, parlamentin İnsan hüquqları komitəsinin 2023-cü il yaz sessiyası üçün İş Planına daxil edilib.

Komitə tərəfindən azad olunmuş torpaqlara “Böyük qayıdış”la bağlı insan hüquqları, postmüharibə dövründə birgəyaşayış istiqamətində qanunverici məsələləri araşdıran Komissiyanın yaradılması, beynəlxalq insan hüquqları və hüquq-müdafiə təşkilatların iştirakı ilə bu istiqamətdə əməkdaşlıq layihəsinin təşkil edilməsi sessiya müddətində həyata keçirilməlidir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Milli-Məclis   Müharibə  


Bizi "telegram"da izləyin