İran AEBA qarşısında öhdəliklərinin qüvvədə olduğunu deyib

2022/11/merli-1667580449.jpg
Oxunub: 166     13:51     25 Yanvar 2023    
İranın Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) ilə bağlı öhdəlikləri qüvvədədir.

Ordu.az xəbər verir ki, bunu İranın Atom Enerjisi Təşkilatının rəhbəri Məhəmməd İslami bu gün Nazirlər Kabinetinin iclasından sonra jurnalistlərə deyib.

M.İslami Təşkilatının AEBA baş direktoru Rafael Qrossinin İrana səfərini təşkil etmək üçün məsləhətləşmələr aparıldığını bildirib.

O qeyd edib ki, İranın nüvə fəaliyyətlərinə qarşı yalan danışmaqdan məqsəd təzyiq göstərməkdir. "Atom Enerjisi üzrə Beynəlxalq Agentlik kəşfiyyat bölmələri öz rəsmi görüşlərində bildiriblər ki, İranın nüvə fəaliyyətlərində heç bir dəyişiklik əlaməti yoxdur".

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: AEBA   İran  


Bizi "telegram"da izləyin