AKP sözçüsü: "İsveçin NATO-ya üzvlüyü prosesində geriləmə var"

2021/07/thumb-1627230668.jpg
Oxunub: 190     13:30     25 Yanvar 2023    
İsveç və Finlandiyanın NATO-ya üzvlüyünə dair üçtərəfli mexanizm Türkiyənin təşəbbüsü deyil, tərəflər özləri bu qərarı verib.

Ordu.az xəbər verir ki, bu barədə Türkiyənin Ədalət və İnkişaf Partiyasının (AKP) sözçüsü Ömər Çelik “CNN Türk”ə açıqlamasında bildirib.

O qeyd edib ki, İsveçin addımlarına görə bu prosesdə irəliləmə yox, geriləmə var.

“Onu bu nöqtəyə gətirən İsveçin özü oldu. İsveç verdiyi vədlərin heç birini tutmadı. Bu kontekstdə həmin görüşü (red. - üçtərəfli mexanizmə dair) keçirməyin mənası yoxdur. Finlandiya bu baxımdan özünü müsbət şəkildə fərqləndirmək istəyir. Ona görə də o, NATO ilə (red. - İsveçdən ayrı şəkildə üzvlük prosesi üçün) danışacaq. Finlandiya və İsveç iki ayrı ölkədir. Finlandiya terrorla bağlı düzgün addımlar atdıqdan sonra təbii ki, özünü İsveçdən fərqləndirmiş olacaq”, - deyə o bildirib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsveç   NATO  


Bizi "telegram"da izləyin