Stoltenberq NATO-ya üzv ölkələrin müdafiə xərclərini artıracağını gözləyir

2022/06/1656488569.jpg
Oxunub: 129     12:14     25 Yanvar 2023    
NATO Baş katibi Yens Stoltenberq müttəfiqlərin müdafiə xərcləri ilə bağlı hədəfi qaldıracağını gözləyir.

Ordu.az xəbər verir ki, bu barədə Stoltenberq "Die Welt" qəzetinə müsahibəsində deyib.

Baş katib Stoltenberq alyansa üzvü dövlətlərin bu ilin iyulunda Vilnüsdə keçiriləcək sammitdə bir araya gələrkən ÜDM-nin 2%-nin müdafiə xərclərinə ayrılması hədəfini artıracağına ümid etdiyini deyib.

"Mən güman edirəm ki, biz bu ilin iyulunda Vilnüsdə NATO sammitində görüşəndə müdafiə xərcləri üçün yeni hədəf qəbul edə biləcəyik", - Stoltenberq bildirib.

"İki faiz hədəfi 2024-cü ilə qədərki dövr üçün idi. Ona görə də biz onu indi yeniləməliyik".

Stoltenberq üzv ölkələrin razılığa gələcəyini hələ deyə bilməyəcəyini bildirib. "Lakin mən güman edirəm ki, bu, əvvəlkindən daha iddialı hədəf olacaq, çünki hamı görür ki, biz daha çox sərmayə qoymalıyıq", - o əlavə edib.

Qeyd edək ki, ötən ilin fevralında Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən sonra bir çox müttəfiqlər hərbi xərclərini artırıblar.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: NATO   Hərbi-xərcər  


Bizi "telegram"da izləyin