Gürcüstan Ermənistana yeni səfir təyin edib

2023/01/63d0e-1674633919.jpg
Oxunub: 178     12:05     25 Yanvar 2023    
Gürcüstan Ermənistana yeni fövqəladə və səlahiyyətli səfir təyin edib.

Ordu.az xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Tbilisi Dövlət Universitetinin keçmiş rektoru Giorgi Şarvaşidze Gürcüstanın Ermənistana yeni səfiri təyin edilib.

Şarvaşidzeni qəbul edən Baş nazir İrakli Qaribaşvili Ermənistanla gələcəkdə aktiv əməkdaşlığa ümidvar olduğunu qeyd edib.

Giorgi Şarvaşidze Gürcüstanın təhsil və elm nazirliyində də müxtəlif vəzifələr tutub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Gürcüstan   Ermənistan  


Bizi "telegram"da izləyin