Hindistan Hərbi Dəniz Qüvvələri təlimlərə başlayıb

2023/01/dc-Co-1674631588.jpg
Oxunub: 155     11:25     25 Yanvar 2023    
Hindistan Hərbi Dəniz Qüvvələri (HDQ) “TROPEX-23” hərbi təliminə başlayıb.

Ordu.az xəbər verir ki, bu barədə Hindistan Müdafiə Nazirliyi bildirib.

Nazirlikdən qeyd olunub ki, bu təlim Hind okeanında indiyədək ən böyük hərbi təlimdir.

TROPEX təlimləri iki ildən bir keçirilir və təlimlərdə Hindistan HDQ-nin bütün bölmələri ilə yanaşı, Hindistan Silahlı Qüvvələri, Hərbi Hava Qüvvələri və Sahil Mühafizə Xidməti də iştirak edir.

Həmçinin əlavə olunub ki, "TROPEX 23” təlimləri bu ilin ilk 3 ayı ərzində keçiriləcək.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: TROPEX-23  


Bizi "telegram"da izləyin