Türkiyə MTŞ Ukrayna, Yunanıstan və terrorla mübarizəni müzakirə edəcək

2023/01/turke-1674628531.jpg
Oxunub: 143     10:36     25 Yanvar 2023    
Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Türkiyə Milli Təhlükəsizlik Şurasının 2023-cü il üçün ilk iclası yanvarın 25-i keçiriləcək.

Ordu.az xəbər verir ki, Ankarada Prezident Kompleksində keçiriləcək iclas iştirakçılarının müzakirələrinin gündəliyinə regional və milli təhlükəsizliklə bağlı strateji məsələlər daxildir.

İraqın şimalında və Suriyada həyata keçirilən əməliyyatlar da daxil olmaqla, terrorla mübarizə mövzusuna xüsusi diqqət yetiriləcək. “Pençe” kod adlı antiterror əməliyyatları ilə bağlı ətraflı fikir mübadiləsi aparılacaq.

Bundan əlavə, terrorçuların Suriya ərazisindən "Oncupınar" sərhəd-keçid məntəqəsini atəşə tutması məsələsinə, həmçinin son 12 ildə ilk dəfə Dəməşqlə başlayan dialoqun gedişinə toxunulacaq.

Gündəlikdə olan digər mühüm məsələ beynəlxalq müqavilələrə əsasən “hərbisizləşdirilmiş zona” sayılan adalarda qanunsuz silah yerləşdirən Yunanıstanın təxribat xarakterli hərəkətləri olacaq. Egey və Şərqi Aralıq dənizi, o cümlədən Kiprdəki vəziyyətlə bağlı fikir mübadiləsi aparılacaq.

Ukrayna mövzusu, o cümlədən “taxıl dəhlizi” də müzakirə olunacaq. İclas iştirakçıları Ankaranın sülh vasitəçiliyi təşəbbüslərini, habelə humanitar yardımın çatdırılması və Ukraynada uzunmüddətli atəşkəsə nail olunması məsələlərini müzakirə edəcəklər.

Ayrı-ayrılıqda son vaxtlar prezident Rəcəb Tayyib Ərdoğana və Qurani-Kərimə qarşı təxribatların baş verdiyi İsveçdəki vəziyyətə də toxunulacaq. Bu təxribatlar fonunda İsveç və Finlandiyanın NATO-ya qoşulmaq müraciətləri ilə bağlı fikir mübadiləsi aparılacaq.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Ukrayna  


Bizi "telegram"da izləyin