Ned Prays Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasından danışıb

2023/01/1674117870.jpg
Oxunub: 179     10:31     25 Yanvar 2023    
Biz Ermənistan və Azərbaycanla birbaşa müzakirələrdə iştirak etməyə davam edirik.

Ordu.az xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, Vaşinqton davamlı sülhə nail olunması üçün həm üçtərəfli, həm də çoxtərəfli formatlarda iştirakını davam etdirir: “Biz Ermənistan və Azərbaycanla birbaşa müzakirələrdə iştirak etməyə davam edirik. Biz bunu ikitərəfli edirik, biz bunu öz tərəfdaşlarımızla birlikdə edirik, biz bunu çoxtərəfli institutlar vasitəsilə edirik. Biz ötən il bunu bir neçə dəfə üçtərəfli qaydada etdik. Biz bu çox problemli məsələlərin həll üçün ən effektiv olan nədirsə, onu edəcəyik. Biz davamlı sülhə dəstəyimizdə sadiq olaraq qalırıq”.

Ned Prays vurğulayıb ki, ABŞ tərəflər arasındakı danışıqlarda əvvəlcədən gəldiyi qənaət əsasında iştirak etmir.

O əlavə edib ki, Vaşinqton Azərbaycan və Ermənistan arasında uzun müddətdir ayrılıqlara səbəb olmuş məsələlərin həlli və davamlı sülhə nail olunması üçün tərəflər arasında birbaşa dialoq görməyə ümid edir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Ermənistan  


Bizi "telegram"da izləyin