"Nikol Paşinyanı devirəndən sonra ordu çox tez bərpa olunmalıdır" - Erməni hərbi ekspert

2021/02/Karen-1612938366.jpg
Oxunub: 208     12:55     25 Yanvar 2023    
"Bu səlahiyyətlilər dəyişiklik bayrağı ilə gəldilər, real, çox vaxt həmçinin xəyali problemləri həll etməyə gəldilər, amma nəinki bu problemləri həll etmədilər, əksinə, dərinləşdirdilər, yeni problemlər yaratdılar".

Ordu.az xəbər verir ki, bunu erməni hərbi ekspert, “Razm.info” nəşrinin koordinatoru Karen Vrtanesyan deyib.

Onun sözlərinə görə, baş verənlərin bir nömrəli günahkarı Nikol Paşinyan, iki nömrəli günahkarı isə onun yaxın ətrafıdır.

"İndi baş verənlərdən yeganə faydalananlar onlardır. Onlar talana qarşı mübarizə bayraqları ilə gəldilər, amma bu dörd il yarımda Ermənistanın talan edildiyi kimi heç kim onu talan etmədi. Torpaqlarımızı, tikdiyimiz hərbi hissələri, SES-ləri, yollarımızı, meşələrimizi talayıblar. Həmin meşələr rəqibə imza ilə verilib", - deyə Vrtanesyan qeyd edib.

Vrtanesyan bildirib ki, Nikol Paşinyanı devirəndən sonra ordu çox tez bərpa olunmalıdır.

Alpər Mövludoğlu
Ordu.az



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Ermənistan  


Bizi "telegram"da izləyin