Ordu.az xəbər verir ki, bunu erməni siyasi texnoloq Vigen Hakobyan deyib.
Onun sözlərinə görə, əgər güclü təzyiq olsaydı, o zaman təkcə Papikyan yox, Paşinyan da ən azı istefaya hazır olduğunu bəyan edəcəkdi.
"Onların istefalarının qəbul edilib-edilməyəcəyi başqa məsələdir, amma belə siyasi jestlər olacaqdı. Həqiqətən də hakimiyyətə ciddi təzyiqlərin olduğunu düşünmürəm. Təəssüf ki, hər şey səs-küydən və mətbəx söhbətlərindən o yana keçmir, amma səs-küy çox daha yüksək olmalı idi", - deyə Hakobyan qeyd edib.
Erməni siyasi texnoloq bildirib ki, Ermənistan hakimiyyətinin nümayəndələri öz üslublarına sadiq qalırlar, özlərindən başqa kimisə günahlandırmağa çalışırlar.
Hakobyanın sözlərinə görə, hakim partiyada ciddi klan ziddiyyətləri var.
"Görünən odur ki, hakim partiyada ciddi klan ziddiyyətləri var. Mübarizə təkcə iqtisadi deyil, həm də siyasi rıçaqlar, Ermənistanı beynəlxalq strukturlarda təmsil etmək hüququ uğrunda güclənib", - deyə o bildirib.
Erməni ekspert hesab edir ki, Papikyanla Paşinyan arasında münasibətlərin korlanması iddiası əsassız deyil.
Alpər Mövludoğlu
Ordu.az